
Minaya düşənlər 8 nəfər olub - Rəsmi
Baş Prokurorluq, DİN və Müdafiə Nazirliyi Kəlbəcərdə baş verən mina partlayışı ilə bağlı məlumat yayıb. “Qafqazinfo” xəbər verir ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.










