
Azercell 5G şəbəkəsini test rejimində istifadəyə verdi
Azercell 5G şəbəkəsini test rejimində istifadəyə verdi
1939 xəbər tapıldı

Azercell 5G şəbəkəsini test rejimində istifadəyə verdi

"Azərbaycan hökuməti, idarəetmə sistemi rəqabətin düşmənidir". Musavat.com xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Sosial ödənişlərin artırılması ilə bağlı islahatlar zərfi müzakirə mərhələsindədir”. “Report” xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, müzakirələrdən sonra artımlar barədə dəqiq məlumat ictimaiyyətə təqdim ediləcək.

Ş.Qəribzadənin sözlərinə görə, hazırda bazarda haqsız rəqabət halları da müşahidə edilir: “Məsələn, yeni bir karqo şirkəti yaranır, müştəri cəlb etmək üçün aşağı qiymət təklif edir və bir neçə ay ziyanla işləyir, müştəri toplayandan sonra qiyməti artırır. Az sonra başqa bir şirkət bu üsulla bazara daxil olur. Bu həm xarici, həm də daxili poçt daşımaları ilə bağlı baş verir.

Bu gün Milli Məclisin Əmək və Sosial Siyasət komitəsində “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər layihəsi müzakirə olunub.

Vatsap tətbiqi 2023-cü il 1 yanvar tarixindən bir çox telefon modellərində işləməyəcək. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Android” və “iPhone” modellərininin bir çoxu artıq vatsapı dəstəkləməyəcək.

Türkiyədə 2023-cü ilin iyun ayında keçirilməli olan prezident və parlament seçkilərinin təqvimi barədə bəzi məqamlar bəlli olub. Məlumata görə, seçki iyunun 18-də keçirilərsə, seçki təqvimi aprelin 24-də başlayacaq. Prezident seçkisinə namizədlər də may ayında müəyyənləşəcəklər.

Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının 2-ci iclasında ikitərəfli turizm əlaqələrinin mövcud vəziyyəti, turizm idarəetməsi, tənzimlənməsi, təşviqi, təhsili və təlimi, marketinq, kommunikasiya və turizm məhsulları, növbəti dövr üçün birgə Fəaliyyət Proqramının hazırlanmasıvə digər məsələlər müzakirə olunub.

Xəbər verdiyimiz kimi, Adil Kərimli mədəniyyət nazirinin birinci müavini təyin edilib. O, eyni zamanda mədəniyyət naziri vəzifəsini icra edəcək.

Bakı metropoliteninin “Xocəsən” elektrik deposu və eyniadlı yerüstü stansiyasında tikinti və quraşdırma işləri tam başa çatıb. Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib Onun sözlərinə görə, hazırda stansiya və depo ərazisində tənzimləmə və sınaq işləri aparılır.

Vaxtilə Naxçıvan Ali Məclisinin önündə icazəsiz çəkiliş etmək bir yana, burada avtomobil saxlamaq belə qadağan idi. Baku TV-nin müxbiri Tural Müseyibov bildirir ki, çəkiliş zamanı heç bir mane olmayıb. Onun sözlərinə görə, yaxınlaşıb sual verən də yoxdur. Bu, indiyə qədər görülməmiş haldır.